Parisdə keçirilən Yay Olimpiya Oyunlarında İsa peyğəmbərin təhqir olunmasına cavab olaraq Tehran şəhər bələdiyyəsi diqqətçəkən banner hazırlayıb.
Bannerdə Quranın "Nisa" surəsinin 171-ci ayəsindən sitat qeyd olunub.
Sözügedən ayədə deyilir: "Həqiqətən, Məryəm oğlu İsa Məsih Allahın peyğəmbəridir".
Xatırladaq ki, Paris-2024-ün açılış mərasimində təşkilatçılar Leonardo da Vinçinin İsa peyğəmbərə həsr etdiyi "Sonuncu şam yeməyi" əsərinin təxribat xarakterli LGBT parodiyasını nümayiş etdiriblər.
Mənbə: oxu.az
Digər İDMAN xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az