RU

Ermənistan KTMT-ni boykot edir - daha bir təlimdə iştirakdan imtina edib

Image

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək “Qarşılıqlı fəaliyyət-2024” təlimində iştirakdan imtina edib. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. "Ermənistan tərəfi təlimlərdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb", - məlumatda bildirilib.

Qeyd edək ki, Ermənistan KTMT-nin Rusiya Qvardiyasının rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək “Kobalt-2024” təlimlərində də iştirakdan imtina edib.

Mətləb Salahov






Избранный
60
22
baki-xeber.com

10Источники