RU

Ermənistan KTMT-nin daha bir təlimində iştirakdan imtina edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək “Qarşılıqlı fəaliyyət-2024” təlimində iştirakdan imtina edib.Rubrika.Az xarici KİV-inə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb."Ermənistan tərəfi təlimlərdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb", - məlumatda bildirilib.Qeyd edək ki, Ermənistan KTMT-nin Rusiya Qvardiyasının rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək “Kobalt-2024” təlimlərində də iştirakdan imtina edib.Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-dən çıxacağını açıqlasa da, bununla bağlı konkret tarix göstərməyib.Rubrika.az





Facebook-da paylaş

Избранный
55
22
rublika.az

10Источники