RU

DİN: Bakıda 51 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu gün paytaxtın Nəriman rayonu ərazisində evlərin birində 1973-cü təvəllüdlü Qasımov Ülvi Qeys oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Muxtarov Hikmət Oktay oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Избранный
96
37
operativmm.az

10Источники