RU

"Sumqayıt" mövsümə qələbə ilə BAŞLADI

Bu gün Azərbaycan Premyer Liqasında I turun növbəti oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, Sumqayıtda şəhərin eyni adlı komandası "Kəpəz"lə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 14-cü dəqiqədə Səbuhi Abdullazadə açıb. 71-ci dəqiqədə fərqlənən Rəhim Sadıxov isə matçda yekun nəticəni təyin edib.

Qeyd edək ki, 2024/2025 mövsümünün açılış matçında "Qarabağ" səfərdə "Araz Naxçıvan"a 4:1 hesabı ilə qalib gəlib. Bu gün reallaşan "Neftçi" - "Turan Tovuz" oyununda isə qalib müəyyənləşməyib. Tura sabah keçiriləcək "Sabah" - "Şamaxı" və "Zirə" - "Səbail" görüşləri ilə yekun vurulacaq.

Избранный
40
11
redaktor.az

10Источники