RU

“Sumqayıt” mövsümə qələbə ilə başladı

Bu gün Azərbaycan Premyer Liqasında I turun növbəti oyunu keçirilib.

Yenisabah.az xəbər verir ki, Sumqayıtda şəhərin eyni adlı komandası "Kəpəz"lə üz-üzə gəlib.

Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0.

Qeyd edək ki, mövsümün açılış matçında "Qarabağ" səfərdə "Araz Naxçıvan"a 4:1 hesabı ilə qalib gəlib. Bu gün reallaşan "Neftçi" - "Turan Tovuz" oyununda isə qalib müəyyənləşməyib.

Tura sabah keçiriləcək "Sabah" - "Şamaxı" və "Zirə" - "Səbail" görüşləri ilə yekun vurulacaq.


Telegram kanalımız
Избранный
42
2
yenisabah.az

10Источники