Bu gün Azərbaycan Premyer Liqasında I turun növbəti oyunu keçirilib.
Yenisabah.az xəbər verir ki, Sumqayıtda şəhərin eyni adlı komandası "Kəpəz"lə üz-üzə gəlib.
Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. aptek depo
Qeyd edək ki, mövsümün açılış matçında "Qarabağ" səfərdə "Araz Naxçıvan"a 4:1 hesabı ilə qalib gəlib. Bu gün reallaşan "Neftçi" - "Turan Tovuz" oyununda isə qalib müəyyənləşməyib.
Tura sabah keçiriləcək "Sabah" - "Şamaxı" və "Zirə" - "Səbail" görüşləri ilə yekun vurulacaq.
Telegram kanalımız