RU

“Neftçi” mövsümə qolsuz, “Sumqayıt” qələbə ilə başladı

Azərbaycan Premyer Liqasında ilk turun daha 2 oyunu keçirilib.

Msport.az xəbər verir ki, günün ilk matçında Roman Qriqorçuklu “Neftçi” Kurban Berdıyevli “Turan-Tovuz”unqəbul edib. Görüşdə qapılara qol vurulmayıb.

Günün son matçında isə “Sumqayıt” evdə “Kəpəz”lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 14-cü dəqiqədə Səbuhi Abdullazadə açıb. 71-ci dəqiqədə fərqlənən Rəhim Sadıxov isə matçda yekun nəticəni təyin edib.

Qeyd edək ki, 2024/2025 mövsümünün açılış matçında “Qarabağ” səfərdə “Araz Naxçıvan”a 4:1 hesabı ilə qalib gəlib. Tura sabah keçiriləcək “Sabah” – “Şamaxı” və “Zirə” – “Səbail” görüşləri ilə yekun vurulacaq.

Избранный
72
11
msport.az

10Источники