İşğaldan azad edilmiş ərazilərdə “Hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi” adlı layihə həyata keçirilib
Demedia.az xəbər verir ki,“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi” layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə - Hadrut, Xankəndi və Suqovuşanda yerləşən hərbi hissələrdə tədbirlər təşkil etmişdir. Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, qazilərə şəfa arzulanmışdır.