Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğın tam söndürülüb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, nazirliyin əməkdaşları və texnikalarla həyata keçirilmiş fasiləsiz tədbirlər sayəsində təchizat gəmisində baş vermiş yanğın tam söndürülüb.
Qeyd edək ki, təchizat gəmisində yanğın iyulun 31-də başlayıb.