RU

ABŞ-də Trampı hədələyən qadın saxlanıldı

ABŞ-də Trampı hədələyən qadın saxlanıldı

ABŞ polisi prezidentliyə namizəd Donald Trampı hədələməkdə və lisenziyasız silah gəzdirməkdə şübhəli bilinən Texas sakini qadını saxlayıb.

Bu barədə Oxu.Az CNN telekanalına istinadən bildirir.

Telekanala polisdən daxil olan hesabata görə, qadın haqqında məlumat polisə ABŞ Məxfi Xidmətindən verilib. Daha sonra Texas ştatının San-Antonio şəhərindən olan 41 yaşlı Kristina Montoye və onun "Honda Accord" avtomobili Kolumbiya dairəsinin şimal-şərqindəki yaşayış massivində tapılıb, qadın saxlanılıb.

Polis lisenziyasız tapança gəzdirmək, qeydiyyatsız odlu silah saxlamaq və keçmiş prezidentə qarşı hədə-qorxu gəlmək maddələri üzrə ona qarşı ittiham irəli sürüb. Qadının üzərindən gümüş rəngli "Smith and Wesson M&P Shield" tapançası müsadirə olunub.

Polisin hesabatında Trampa qarşı təhdidlərin iyulun 20-də başladığı göstərilsə də, hər hansı təfərrüat verilməyib.

Bundan əvvəl isə Donald Tramp təhlükəsizlik problemlərinə görə Neşvildə "Bitcoin-2024" konfransında çıxışını təxirə salmalı olub.

Избранный
81
1
sonxeber.az

4Источники