RU

Bu gün Türkiyə Superkubokunun qalibi müəyyənləşəcək

Bu gün futbol üzrə Türkiyə Superkubokunun qalibi məlum olacaq. Matc.az xəbər verir ki, həlledici görüşdə son Türkiyə Superliqasının çempionu “Qalatasaray” ilə ölkə kubokunun qalibi “Beşiktaş” üz-üzə gələcək. Atatürk Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanın start fiti 21:45-də səslənəcək. Matçı Atilla Karaoğlan idarə edəcək. Qeyd edək ki, Türkiyə Superkuboku ilk olaraq 1966-cı ildə Prezident kuboku adı altında keçirilməyə başlanıb. 1998-ci ildə fasilə verildikdən sonra 2006-cı ildən etibarən Türkiyə Futbol Federasiyası tərəfindən ölkə çempionu ilə ölkə kubokunun qalibi arasında Türkiyə Superkuboku adı altında keçirilir.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
matc.az

1Источники