RU

ABŞ bu şirkəti antihisarlığa görə istintaq başladıb

Süni intellekt trendi ilə dünyanın ən dəyərli şirkətlərindən birinə çevrilən Nvidia-ya qarşı ABŞ Ədliyyə Nazirliyi tərəfindən araşdırma başladılıb.

Ednews donanimhaber-ə istinadən xəbər verir ki, şirkətin rəqabətə zidd hərəkət edib-etmədiyi araşdırılacaq.Dünyanın üçüncü ən dəyərli şirkəti olan Nvidia , ABŞ Ədliyyə Nazirliyi (DOJ) tərəfindən antiinhisar araşdırmaları ilə üz-üzədir. DOJ , süni intellektə əsaslanan iş sövdələşmələri ilə bağlı antiinhisar narahatlıqları ilə əlaqədar Nvidia-ya qarşı iki ayrı araşdırma başlatdı. Başlanan iki araşdırma Nvidia-nın satınalmalarını və onun süni intellekt bazarındakı mövqeyindən sui-istifadə edib-etmədiyini araşdıracaq.Nvidia hazırda AI çip bazarının təxminən 80 faizinə hakimdir. Məlumatlara görə, araşdırma Nvidia-nın rəqiblərinin süni intellektə güc verən çiplərin satışında bazardakı üstünlüklərindən sui-istifadə edib-etmədiyini araşdıracaq. Bu istintaqın rəqiblərin şikayətləri əsasında açıldığı bildirilir.

Digər tərəfdən, Nvidia bütün qanunlara ciddi şəkildə riayət etdiklərini vurğulayır. Nvidia, AI modellərini öyrətmək üçün istifadə edilən AI çipləri bazarının 70 faizindən 95 faizinə qədər nəzarət etdiyini söylədi. CUDA platforması da Nvidia-nın üstünlüyünün təməllərində böyük paya malikdir. Şirkətin dominantlığı Aİ tərəfindəki tənzimləyicilərin də reaksiyasına səbəb olub.

Xəyal

Избранный
89
26
ednews.net

10Источники