RU

Bu avtobusların hərəkət sxemi dəyişdiriləcək

Yazını böyüt
Yazını kiçilt

Bakıda 21, 51 və 120 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə hafta.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Belə ki, paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 3 avqust 2024-cü il tarixində 8 Noyabr prospektində (Gəncə prospektindən Ceyhun Həsənov küçəsinədək (Gənclik parkı)) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Tətbiq edilən məhdudiyyətlə əlaqədar sözügedən müntəzəm marşrutların hərəkət sxemi alternativ olaraq Gəncə prospekti – Ceyhun Həsənov küçəsi - 8 Noyabr prospekti ilə təşkil ediləcək.

Избранный
38
42
hafta.az

10Источники