RU

Beynəlxalq təşkilatlar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına səfər edib » Medical Media


Bir sıra beynəlxalq təşkilatların Azərbaycan nümayəndəliyi və TƏBİB əməkdaşları Şamaxı Rayon Mərkəzi Xəstəxanasına səfər ediblər.
 
BMT-nin İnkişaf üzrə Əlaqələndirici  Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru xanım Qvi-Yeop Son, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, BMT-nin rezident əlaqələndiricisinin müavini Kanako Mabuçi, UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı, UNICEF-in Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova, UNICEF-in Erkən uşaqlıq dövründə inkişaf üzrə mütəxəssisi Yelena İsrafilova, TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov, Beynəlxalq əlaqələr departamentinin Beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Lamiyə Məmmədova Şamaxı Rayon Mərkəzi Xəstəxanasına baş tutan səfərdə iştirak ediblər.

Səfər çərçivəsində xəstəxana ilə ilkin tanışlıq həyata keçirilib, TƏBİB, UNICEF və ÜST-nin Şamaxıda birgə icra etdiyi layihələrin gedişatı və nəticələri, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb. 

Həmçinin patronaj xidmətinin gedişatı ilə tanış olmaq məqsədilə nümayəndə heyəti Şamaxı rayonunun Göylər kənd Ailə Sağlamlıq Mərkəzini ziyarət edib, patronaj xidmətinə məsul pediatrlar, tibb bacıları və mamaçalarla görüşüb, onlarla birgə ev ziyarətində iştirak edib.
Избранный
87
medicalmedia.az

1Источники