RU

Yeni simaların diaspor fəallarına çevrilməsi üçün çalışırıq - Fuad Muradov

Laçın. Trend:

Son 3 ildə onlayn məktəblərin açılmasına start vermişik.

Bu barədə Trend-ə açıqlamasında Diasporla İş üzrə DövlətKomitəsinin sədri Fuad Muradov deyib.

"Yeni simaların diaspor fəallarına çevrilməsi üçün çalışırıq.Yay düşərgələri xaricdəki yeni nəsil azərbaycanlıların ölkəmizləbağlarını daha da möhkəmləndirmələri, Azərbaycanı uğurla təmsiletmək bacarıqlarını inkişaf etdirmələri, şəbəkələşmələri, yenidostlar qazanmaları və digər amillər üçün gözəl fürsətdir.Düşərgədə Azərbaycan dilində ünsiyyət bacarığı olan 18-29 yaşlıgənclər iştirak edirlər. Düşərgədə iştirak xərcləri tam şəkildəödənilir", - deyə F.Muradov bildirib.

Qeyd edək ki, bu gün Laçında “Gənclər Yaşıl Dünya Naminə”Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimikeçirilir. Mərasimdə Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm vədini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Diasporla İş üzrəDövlət Komitəsinin sədri Fuad Muradov, Laçın rayonunda AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov,mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Heydər Əliyev Fondununnümayəndəsi Elvin Aslanov iştirak edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
az.trend.az

1Источники