RU

Azərbaycan UEFA reytinqində irəlilədi

Avrokubokların 2-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Rekord.az xəbər verir ki, Azərbaycanın "Zirə" klubunun Konfrans Liqasında “Dunayska Streda"ya (Slovakiya) qalib gəlməsi (2:1) ölkəmizə daha 0,250 xal qazandırıb.

Bununla da xalını 18,325-ə yüksəldən Azərbaycan reytinqdə 2 pillə irəliləyib və Slovakiya ilə Rusiyanı qabaqlayaraq 23-cü yerə yüksəlib. 24-cü pillədəki Rusiyanın 18,299, 22-ci yerdəki Macarıstanın 19,500 xalı var.

Əlavə edək ki, siyahıya İngiltərə (89.160) başçılıq edir.

Избранный
101
10
rekord.az

10Источники