RU

Azərbaycan bu reytinqdə Rusiyanı qabaqladı

Avrokubokların 2-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
BUTA.TV xəbər verir ki, Azərbaycanın "Zirə" klubunun Konfrans Liqasında "DAK 1904"a (Slovakiya) qalib gəlməsi (2:1) ölkəmizə daha 0,250 xal qazandırıb. Bununla da xalını 18,325-ə yüksəldən Azərbaycan reytinqdə 1 pillə irəliləyib və Rusiyanı qabaqlayaraq 23-cü yerə yüksəlib. 24-cü pillədəki Rusiyanın 18,299, 22-ci yerdəki Macarıstanın 19,500 xalı var.

Əlavə edək ki, siyahıya İngiltərə (89.160) başçılıq edir.

Избранный
89
10
buta.tv

10Источники