RU

Sertifikatlaşdırmadan keçməyən bu qədər müəllim işlə təmin OLUNDU

Elm və təhsil nazirinin müvafiq əmri ilə yaradılan sertifikatlaşdırma prosesi ilə bağlı komissiyalara bu günə qədər ümumilikdə 3700-dən çox vətəndaş müraciət edib.

Publika.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil AgentliyindənRedaktor.az-a verilən məlumata görə, vətəndaşların sosial statusları ilə bağlı sənədlər toplanıb və müraciətlər araşdırılıb.

Bildirilib ki, ümumilikdə 600 nəfərə yaxın sosial baxımdan həssas əhali qrupuna aid vətəndaşın alternativ işlərə cəlb edilməsi istiqamətində qərar qəbul edilib.

İlkin mərhələdə 90 nəfər şəhid ailəsi üzvünün müvafiq işlə təmin olunması ilə bağlı tədbirlər görülüb.

Избранный
26
34
publika.az

10Источники