Avqustun 1-nə keçən gecə Ağdaş şəhərində ağır yol qəzası baş verib.
Bakuinfo.net xəbər verir ki, “VAZ-2106” markalı avtomobilin ağaca çırpılması nəticəsində 21 yaşlı Elton Müşfiq oğlu Hüseynov hadisə yerində vəfat edib, 4 nəfər isə yaralanıb.
Məlumata görə, hadisə vaxtı Valeh Xankişiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobildə dostları ilə birgə gəzintiyə çıxıbmış.
Qəzada həlak olan 21 yaşlı Elton Hüseynovun fotosunu təqdim edirik: