Rusiyada “YouTube”a giriş məhdudlaşdırılıb.
Bəzi vətəndaşlar saytdakı videolara girişin tamamilə bağlandığını bildirirlər. Kremlin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı açıqlamasında “Heç nə deyə bilmərəm. Telefon normal işləyir”, – deyib.
Rusiya parlamentinin aşağı palatası olan Dumanın İnformasiya Siyasəti Komitəsinin sədri Aleksandr Hinstayn iyulun 26-da verdiyi açıqlamada Rusiyaya münasibətinə görə YouTube-un sürətinin 70 faiz azalacağını bildirib.
Qeyd edək ki, Rusiyada Facebook, X və Instagram kimi saytlara giriş bloklanıb.