“Sabah” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab matçına çıxacaq.
Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisi “Makkabi”ni qəbul edəcək. Oyuna saat 20:00-da start veriləcək.
Krunoslav Renduliçin rəhbərlik etdiyi komanda ilk görüşdə 3:0 hesabı ilə qalib gəlib.
1 avqust
20:00 "Sabah" – "Makkabi" (Hayfa, İsrail)
İlk oyun 3:0
Bank Respublika Arena