RU

ÇL: “Qarabağ”ın “Ludoqorets”lə oyunlarının vaxtı dəqiqləşdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Ludoqorets" klubu ilə oyunlarının vaxtı dəqiqləşib.

Rekord.az xəbər verir ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionundakı ilk matç saat 20:00-da start götürəcək.

Səfərdəki cavab görüşü avqustun 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Azərbaycan çempionu əvvəlki raundda Cəbəllütariqin "Linkoln" komandasını, rəqib isə Belarusun "Dinamo" (Minsk) kollektivini mübarizədən kənarlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
129
38
rekord.az

10Источники