RU

“Özüm də istəməzdim belə vəziyyətdə qalım” – klubsuz futbolçu

Ötən mövsümün sonunda “Araz-Naxçıvan”dan ayrılan Orxan Əliyev hələ də azad agentdi. Baxmayaraq ki, iki gün sonra yeni mövsüm start götürür, hücumçu sözün əsl mənasında özünə yer tapa bilmir. İddialara görə Orxanın klubsuz qalmasının bir səbəbi də klublardan yüksək məbləğ tələb etməsidi.

Bəs 28 yaşlı futbolçu niyə seçim edə bilmir? Orxanın “Football-plus.az”a dedikləri:

“Hər gün xəbər eşitmək istəyirəm. Vəziyyət belədi ki, məni gözlədirlər. Deyirlər filan ölkədən bu klub var, istərsənmi, necə baxırsan? Mən də cavabımda deyirəm ki, təklif göndərsinlər, baxarıq. Ona görə dəqiqnəsə yoxdu. Çox ölkədən menecerlər mənimlə əlaqə saxlayıb. Hazırda Bakıda məşq edirəm. Gözləyəcəm, hansı yaxşı təklif olsa, onu seçəcəm. Özüm də istəməzdim belə vəziyyətdə qalım. Təəssüf ki, belə alındı. Bir yerdən təklif gözləyirəm. Bir neçə variant var idi, dəyərləndirə bilərdim, getmədim. İndi isə gözləməyə məcburam”.

Qeyd edək ki, 28 yaşlı hücumçu ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 36 oyunda 13 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu daha əvvəl “Sumqayıt”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Zirə”, “Qaradağ-Lökbatan”ın şərəfini qoruyub, Gürcüstan “Sioni”sində legioner həyatı yaşayıb.

RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
72
football-plus.az

1Источники