RU

Hakan Fidan və Əli Baqiri bölgədəki vəziyyəti müzakirə edib

Bakı, TurkicWorld

Türkiyə xarici işlər naziri Hakan Fidan İran xarici işlər nazirinin müavini Əli Baqiri ilə telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli X sosial media hesabındakı paylaşımında deyib.

Keçeli bildirib ki, görüş zamanı İranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsindən sonra baş verənlər və bölgədəki vəziyyət müzakirə edilib.

Xatırladaq ki, HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb. Belə ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı HƏMAS bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
102
2
turkic.world

10Источники