RU

Salyanda narkomaniya təhlükəsi haqda toplantı - İstifadəçilərin sayının artdığı bildirildi +FOTO

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 30 iyul 2024- cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə Salyan rayonunda “Narkomaniya təhlükəsi barədə maarifləndirmə” adlı tədbirini davam etdirib.

Tədbir Salyan rayonunun Tarix Diyarşunaslıq Muzeyində keçirilib. Toplantıda fəal gənclər və rayon ziyalıları iştirak edib.

Tədbiri giriş sözü ilə Salyan RİH-in məsul əməkdaşı Məhərrəm Məmmədov açaraq qonaqları salamlayıb və bu kimi toplantıların keçirilməsinin vacibliyini qeyd edib.

Təşkliatın icraçı drektoru və layihənin rəhbəri Tələt Qəribov narkomaniyanın cəmiyyətimizə gətirdiyi bəlalar, cinayət hallarının çoxalması, xəstə uşaqların doğulması, baxımsız uşaqların çoxalması, avtoqəzaların artması və s. haqda geniş məruzə ilə çıxış edib.

Salyan polis şöbəsinin əməkdaşı, polis baş leytenantı Ramin Qasımov bu sahədə rayonda görülən tədblər haqqında məlumat verib.

Rayon xəstəxanasının həkimi Nərgiz Fərzalıyeva xətəxanada rəsmi qeydiyyatda olan narkomanlar haqqında danışıb. O, təəssüflə qeyd edib ki, bu ststistika hər il az da olsa artan xətlə davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
1
azpolitika.info

3Источники