Cari ilin iyul ayı ərzində azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində 1184 hektardan çox ərazi minalardan tam təmizlənib. Müdafiə Nazirliyindən SİA-ya verilən xəbərə görə, azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 39 min 721 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.Məlumata görə, ümumilikdə 13 min 45 ədəd partlamamış hərbi sursat, 3 min 318 ədəd tank əleyhinə mina və 10 min 463 piyada əleyhinə mina aşkarlanaraq məhv edilib."İşğaldan azad edilmiş tarixi ərazilərimizdə sosial rifahın yenidən bərpa olunması, təhlükəsizliyin təmin edilməsi, o cümlədən, yol və infrastruktur işlərinin təşkilinin sürətləndirilməsinə yönəldilmiş mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq davam etdirilir", - nazirlikdən bildirilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта