RU

"Qarabağ" qalib gəldi, Azərbaycan Rusiyaya bir qədər də yaxınlaşdı

Növbəti avrokubok oyunları UEFA reytinqinə təsir edib.

Publika.az xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasının 2-ci mərhələsinin cavab matçında Cəbəllütariqin “Linkoln” klubuna qalib gələrək (5:0) ölkəmizin aktivinə daha 0,250 xal yazdırıb. Hazırda 24-cü yerdə olan Azərbaycanın atkivində 18.000 xal var.

Ölkəmiz 23-cü sırada qərarlaşan Rusiyaya (18,299) bir qədər də yaxınlaşıb. Ən yaxın izləyicimiz Slovakiya ilə (17,875) xal fərqi isə 0,125-dir.

Избранный
12
38
publika.az

10Источники