Ötən gün Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin 41 yaşı tamam olub.
Axşam.az xəbər verir ki, aktrisa ad günündən olan görüntüləri sosial media hesabında paylaşıb.
Qeyd edək ki, Nəsrin sonuncu dəfə “Şahane hayatım” serialında rol alıb.