RU

Olimpiya çempionu olan Hidayətdən ilk paylaşım -

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan cüdoçusu Hidayət Heydərov Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub. 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələyərək, qızıl medal qazanıb.Metbuat.az xəbər verir ki, o, çempionluğu ilə bağlı sosial media hesabında paylaşım edərək bildirib:

“16 il sonra Azərbaycana cüdodan Olimpiya qızıl medalını gətirdiyim üçün çox xoşbəxtəm. Bu il Avropa, Dünya və Olimpiya oyunlarında məni dəstəkləyən, inanan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Önümüzdəki illərdə də Azərbaycan bayrağını kürsünün ən yüksək pilləsində dalğalandıracağıma da sözüm olsun”.

Избранный
31
50
metbuat.az

10Источники