RU

“Qarabağ”ın oyununa satılan bilet sayı açıqlanıb

Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) oyununa satılan biletlərin sayı bəlli olub.

Bunu İdman.bizə “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev açıqlayıb.

O bildirib ki, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça artıq 22 min bilet satılıb.

Qeyd edək ki, komandalar arasında ilk oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Banuçiçək Hüseynli
İdman.biz

Избранный
68
5
idman.biz

9Источники