Bakı. Trend:
ABŞ Dövlət Departamenti Yaxın Şərqdə vəziyyətin növbəti dəfəgərginləşməsi fonunda Livandakı vətəndaşlarına respublika ərazisinitərk etməyi tövsiyə edib.
Trend xarici KİV-lərəistinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin konsulluqməsələləri üzrə köməkçisi Rena Bitterin bəyanatında deyilir.
"ABŞ vətəndaşlarına böhran başlamazdan əvvəl fövqəladə hallarplanı hazırlamağı və Livanı tərk etməyi tövsiyə edirik" , - Bitterbildirib.
Xatırladaq ki, iyulun 27-də axşam saatlarında İsrail ordusuLivandan ölkənin şimalını növbəti dəfə kütləvi atəşə tutduğunubildirib. Raketlərdən birinin Məcdəl Şəms kəndindəki futbolmeydançasında partlaması nəticəsində 12 uşaq həlak olub, 40-a yaxıninsan yaralanıb. İsrail hakimiyyəti insidentə görə Livan və"Hizbullah" hərəkatını günahlandıraraq, sərt cavab verəcəyini vədedib.