RU

"Tramp istənilən məsələ üzrə müzakirəyə açıq olduğunu bəyan edib" - Zelenski

 
"Biz qalib gəlməsək, bizi Yaxın Şərqdə böyük savaşlar və üçüncü dünya savaşı gözləyəcək..."
 
"Müharibənin başa çatması üçün dözüm, dəstək və diplomatik təzyiq lazımdır..."
 
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın sabiq prezidenti və Ağ Ev rəhbəri postuna indiki namizəd Donald Trampı Kiyevi ziyarət etməyə dəvət edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Yaponiyanın NHK Mərkəzi Dövlət Teleradio Yayım Şirkətinə müsahibəsində məlumat verib.
 
Zelenskinin sözlərinə görə, telefon söhbəti zamanı o, Trampı Ukraynanı ziyarət etməyə dəvət edib, deyib ki, "əgər cənab Tramp Ukrayna haqqında nələrisə öyrənmək istəyirsə, o, gəlib hər şeyi öz gözlərilə görə və ya məndən soruşa bilər".
 
"Biz onun komandası ilə ünsiyyətdə olmuşuq. Cənab Tramp mənə istənilən məsələ üzrə müzakirəyə açıq olduğunu deyib", - Zelenski qeyd edib.
 
O, həmçinin Kiyevə Tokio tərəfindən dəstəyin vacib olduğunu vurğulayıb.
 
"Yaponiya G7-nin üzvüdür və bizə iqtisadi, humanitar və texniki dəstək göstərib. Onlar beləcə tez bir zamanda köməyimizə gəlib. Bu, NATO-ya daxil olmayan ilk ölkədir ki, Ukrayna ilə təhlükəsizlik sahəsində saziş imzalayıb"- Zelenski qeyd edib.
 
Trampın son bəyanatları
 
ABŞ-ın sabiq prezidenti və Ağ Ev rəhbəri postuna indiki namizəd Donald Tramp seçkilərdə uduzacağı təqdirdə dünyanın gələcəyi ilə bağlı apokaliptik bəyanat verib.
 
Onun sözlərinə görə, "əgər biz bunu etməsək, bizi Yaxın Şərqdə böyük savaşlar və mümkündür ki, üçüncü dünya savaşı gözləyəcək".
 
Bundan öncə Demokratlar Partiyasından namizəd, ABŞ-ın indiki prezidenti Co Bayden və Donald Tramp üçüncü dünya savaşı təhlükəsi ilə bağlı bir-birini tənqid edib. 
 
Bayden o cümlədən qeyd edib ki, Tramp amerikalıları dünya ilə qarşıdurmaya gətirmək iqtidarındadır. Ağ Ev rəhbəri deyib ki, "əgər siz üçüncü dünya savaşı istəyirsinizsə, o zaman onun qələbəsinə imkan verin".
 
Öz müsahibəsində Zelenski həmçinin bəyan edib ki, noyabrın sonunadək Ukrayna sülhə nail olmaq üzrə fəaliyyət planını işləyib hazırlayacaq.
 
Onun sözlərinə görə, Kiyev "ərazi bütövlüyü məsələləri üzrə müvafiq ölkələrlə detallı müzakirələrə" başlayacaq.
 
Bundan başqa, Zelenski vurğulayıb ki, "Rusiya Ukrayna ərazilərini işğal etməkdə davam etdiyi vaxtda atəşkəs çağırışlarına cavab verə bilməz". Müharibənin başa çatması üçün "üç ədalətli amil-dözüm, dəstək və diplomatik təzyiq lazımdır".
 
Sülh haqqında danışıqlar - son xəbərlər
 
Hazırda ikinci sülh sammiti ilə bağlı müzakirələr davam edir. İlk sammit ötən ay İsveçrədə baş tutub. Rusiya bu görüşə dəvət edilməyib, lakin bəyan edib ki, onsuz da dəvət olsaydı belə sammitdə iştirak etməyəcəkdi.
 
KİV-lərin məlumatına görə, ikinci sülh sammiti Səudiyyə Ərəbistanı, Qətər və ya Türkiyədə baş tuta bilər. Zelenski hesab edir ki, bu sammitdə Rusiya nümayəndələri iştirak etməlidir.
 
"Politico" nəşri Trampla bağlı milli təhlükəsizlik məsələləri üzrə ekspertlərə istinadən yazıb ki, Tramp hazırda Kremlin Ukrayna torpaqlarının nə qədər hissəsini özündə saxlaya biləcəyi barədə Putinlə danışıqlar aparır.
 
Eyni zamanda, Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak bəyan edib ki, Kiyev Rusiya ilə müharibənin dayandırılması naminə ərazi güzəştlərinə getməyəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
84
50
moderator.az

10Источники