Azərbaycanın əksər rayonlarında yağıntılarda fasilə yaranıb.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Demedia.az -a bildirib ki, Şərur, Gədəbəy, Göygöl, Şəmkir, Oğuz, Ağstafa, Şəki, Zaqatala, Quba, Xaçmaz, Xınalıq, Yevlax, Kürdəmir, Göyçay, Lənkəran, Astara, Cəfərxan, Ağcabədi, İsmayıllı, Xaltanda isə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.