Türkiyə ordusu daha 7 terrorçunu zərərsizləşdirib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın şimalındakı “Pənçə-Kilit” əməliyyat bölgəsində 3 PKK, Suriyanın şimalında “Barış Pınarı” bölgəsində isə 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.