Rusiyanın Volqoqrad vilayətində “Kazan-Adler” marşrutu üzrə hərəkət edən sərnişin qatarı relsdən çıxıb.
Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində sərnişinlər arasında 20-dən çox yaralanan var.
Onlar təcili yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.
Şahidlərin dediyinə görə, hadisəyə səbəb “KamAZ” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında hərəkətə davam edərək, qatarın yoluna çıxması olub.