RU

Pakistanda qəbilələrarası qarşıdurmada azı 35 nəfər həlak olub

Pakistanın Əfqanıstanla sərhədindəki Kurram bölgəsində tayfalar arasında baş verən şiddətli döyüşlərdə azı 35 nəfər ölüb, 106 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dawn qəzeti məlumat yayıb. Məlumata görə, münaqişə Boşehra və Malekhel qəbilələrinin nümayəndələri arasında torpaq sahəsinə dair mübahisə nəticəsində yaranıb.
Bir neçə gün davam edən şiddətli atışmalarda döyüşən tərəflər qumbaraatanlardan, pulemyotlardan və avtomatik atıcı silahlardan istifadə ediblər.

Təhlükəsizlik qüvvələrinin və qəbilə ağsaqqallarının axan qanı dayandırmaq cəhdləri nəticəsiz qalıb.
Mövcud vəziyyətlə əlaqədar məktəblər və bazarlar bağlanıb, yollarda nəqliyyatın hərəkəti dayandırılıb.
Yolun bağlanması yerli əhali üçün ərzaq və dərman çatışmazlığına səbəb olub.///tass

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
83
49
ucnoqta.az

10Источники