RU

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb - FOTOLAR

Lənkəran şəhərinin mərkəzi küçələri yağış suları ilə dolub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, səhər saatlarında Lənkəranda yağan intensiv yağışdan sonra kanallar daşaraq həyətyanı sahələrə dolub.

Şəhərin əsas mərkəzi küçələri, eləcə də 2 və 3 saylı məktəblərinə gedən yollar, bazar küçələri sel suları ilə dolub.

Rayonun Sütəmurdov kəndi ərazisindən keçən Lənkərançay daşıb.

Hazırda Lənkəranda yağış dayanıb. Rayonda buludlu hava şəraiti müşahidə olunur.

"Cebheinfo.az"

Избранный
33
6
cebheinfo.az

10Источники