İsrail ordusunun sözçüsü Daniel Həqarinin sözlərinə görə, raket futbol meydançasına düşüb
İsrail hərbçiləri Colanda duruzların yaşadığı Məcdəl Şəms kəndinə hücumun “Hizbullah” hərəkatının arsenalından İrana məxsus “Fələq-1” raketi ilə həyata keçirildiyini güman edir. APA xəbər verir ki, bunu jurnalistlərə İsrailin Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari deyib.
“Fələq-1 raketi futbol meydançasına düşüb. Bu, İran istehsalı olan raketdir, döyüş başlığı 50 kq-dan çox partlayıcı daşıya bilir”, - deyə o, açıqlaması zamanı deyib.
Qeyd edək ki, İsrail hökuməti hücum səbəbilə Livan və “Hizbullah”ı günahlandıraraq, sərt cavab verəcəyini vəd edib.
Öz növbəsində isə “Hizbullah” hadisə ilə əlaqəsini inkar edir.