"Ən çox səyahət edən insanlar" təşkilatının təsisçisiyəm. Qarabağa təkrar səfərimdir, bu gün Cəbrayıldayıq".
Bunu işğaldan azad edilmiş ərazilərə səfər edən beynəlxalq səyyahlar qrupunun üzvü, amerikalı səyyah Troz Uilliam APA-ya açıqlamasında deyib.
"Bu tarixi körpünü daha əvvəlki səyahətimdə də görmüşdüm. Dəyişməyib. Əslində gələcəkdə bu köpünü bərpa olunmuş görmək istərdim. Bütövlükdə isə Qarabağdakı dəyişikliklərdən təsirləndim, inkişafı gördüm. Ağdam-Şuşa yolu, Zəngilandakı quruculuq və s. bu regionda hər nöqtə inkişaf edir, yenidən qurulur. Azərbaycan möhtəşəm işlər görür", - o deyib..
"Cebheinfo.az"