RU

“Qarabağ”ın hücumçusu Türkiyə klubu ilə anlaşdı?

"Qarabağ" daha bir futbolçusu ilə yollarını ayıra bilər.

Sportinfo.az xəbər verir ki, söhbət Redon Cicadan gedir.

Albaniyalı forvardla Türkiyədən "Ankaragücü" yaxından maraqlanır. Bu məlumatı "Yurtspor.com" portalı yayıb.

Paytaxt təmsilçisi yeni mövsümdə iddialı heyət formalaşdıraraq Super Liqaya qayıtmaq istəyir.

Bu səbəbdən də hücum xəttinə qol vurmağı bacaran oyunçu axtarır. Ankaralılar müəyyən məbləğ qarşılığında albaniyalını heyətinə qatmaq niyyətindədir.

Cica 2023/24 mövsümündə 37 qarşılaşmada meydana çıxıb. Forvard bu görüşlərdə 7 qol vurub, 2 məhsuldar ötürmə edib.

Избранный
71
50
sportinfo.az

10Источники