Bakı. Trend:
Bakı şəhərinin Xətai rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi1500 m² olan birmərtəbəli köməkçi tikilinin dam örtüyünün yanarkonstruksiyaları 400 m² sahədə yanıb. Tikilinin qalan hissəsiyanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.