RU

Vasili Bakiç “Şamaxı”da - Rəsmi

Serbiyanın “Radniçki” (Nis) klubunun mərkəz müdafiəçisi Vasili Bakiç bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Klub son olaraq serbiyalı müdafiəçi Vasili Bakiçi heyətinə qatıb. 24 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Bakiçin sonuncu iş yeri Serbiyanın “Radniçki” komandası olub. O, 2023-cü ilin iyul ayından formasını geyindiyi bu komandada 16 oyuna çıxıb.

Vasili Bakiç karyerası ərzində “Kolubara”, “İndjiya”, “Vozdovaç”, “Çukariçki” kimi klubların da formasını geyinib.

“Şamaxı” daha öncə Adil Nağıyev (“Səbail”), Rafael Məhərrəmli (“Səbail”), İlkin Muradov (“Zirə”), Rüfət Abbasov (“Neftçi”), Belaydi Pusi (“Turan Tovuz”), Brahim Konate (“Hapoel”, Afula, İsrail), Georgi Kantariya (“Nejmeh”, Livan), Rikardo Fernandes (“Torreense”, Portuqaliya), Kamal Bayramov (“Turan Tovuz”), Vasili Radenoviç (QOŞK, Bosniya və Herseqovina) və Conatan Bentekeni (“Union Titus Petange”, Lüksemburq) də transfer etmişdi. Əyalət klubu “Sabah”ın iki gənc futbolçusunu – Fəxri Məmmədli ilə Rauf Rüstəmlini də icarəyə götürüb. Ötən mövsümü “Səbail”də icarədə keçirmiş Bahadur Həziyev də “Şamaxı”ya qayıdıb.

Səbayıl Bağırov, Abdulla Seydəhmədov, Emin Zamanov və Sahib Həsənov “Şamaxı” ilə yeni müqavilə bağlamış azsaylı futbolçulardandır. Yeri gəlmişkən, Sahib Həsənov qarşıdakı mövsümün sonuna kimi “Difau Ağsu”ya icarəyə verilib.

Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Ələsgərov, Kənan Quliyev və Cəlal Cəbrayılov isə “Şamaxı”nı tərk ediblər.

Избранный
106
1
arena.az

4Источники