Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Ermənistandan ölkəyə ixrac edilən meyvə və tərəvəzlərdə pestisidlərin normadan 5 dəfə artıq olduğunu aşkarlayıb.
Moderator.az-ın oxu.az-a istinadən əldə etdiyi məlumata görə ayrı-ayrı maddələr üzrə norma 5-8 dəfə artıq olub və hazırda 16 təchizatçının ölkəyə mal ixrac etməsinə qadağa nqoyulub.
Qeyd olunur ki, pestisidlərin bu qədər normadan artıq olması məhz "Eagle Partner 2024" erməni-amerikan hərbi təlimləri ilə bağlıdır.
Xatırladaq ki, təlimlər Ermənistanda 10 gün ərzində keçirilib və həftənin ortalarında başa çatıb.