RU

Polis kişini arvadının gözü önündə ÖLDÜRDÜ

Türkiyədə polis adam öldürüb.

Bakuinfo.net yerli KİV-ə istinadla bildirir ki, hadisə Kırşehirdə baş verib. Polis məmuru R.K. uzun müddətdir ona borclu olan S.A.-nın evinə gedib. Burada tərəflər arasında mübahisə yaranıb.

Getdikcə mübahisə böyüyüb və R.K. üzərində gəzdirdiyi xidməti silahla S.A.-nı arvadının gözü önündə güllələyib. Nəticədə kişi yerindəcə ölüb.

Hadisədən sonra R.K. polisə gedərək təslim olub. Qətllə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Избранный
83
bakuinfo.net

1Источники