RU

“Turan Tovuz” akademiyası ispaniyalı mütəxəssislərə tapşırılır? – Əli Balakişiyev açıqladı

Kurban Berdıyevin “Turan Tovuz”a gəlişindən sonra məşqçilər korpusunda böyük dəyişikliklər olduğu hamıya bəllidi.

Hazırda isə belə xəbərlər gəzir ki, təcrübəli çalışdırıcı “Turan Tovuz” akademiyasının ispaniyalı mütəxəssislərə tapşırılması üçün rəhbərlik qarşısında təklif irəli sürüb. Berdıyev hətta bununla bağlı İspaniyadan bir əlaqələndirici və iki məşqçi gətirə biləcəyini də deyib. Mövzuyla bağlı daha ətraflı məlumat almaq üçün Tovuz təmsilçisinin İdarə Heyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyevlə əlaqə saxladıq. Klub rəsmisi “Football-plus.az” verdiyi açıqlamada bu xəbərin həqiqəti əks etdirmədiyini, sadəcə, uydurma olduğunu bildirdi.

KAMAL SƏFƏR

Избранный
7
football-plus.az

1Источники