RU

Naxçıvan Dövlət Universitetində 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüş keçirilib

Naxçıvan, 26 iyul, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində (NDU) 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüş keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görüşdə Naxçıvan Dövlət Univesitetinin rektoru Elbrus İsayev və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov iştirak edib.

Universitetin tanıtım filmi izləndikdən sonra Naxçıvan Dövlət Univesitetinin rektoru Elbrus İsayev ali təhsil ocağı haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, çoxminli tələbə kollektivinə malik universitetin beynəlxalq əlaqələri, Türkiyənin nüfuzlu ali təhsil müəssisələri ilə imzalanan əməkdaşlıq memorandumları, ikili diplom layihələri, peşəkar xarici mütəxəssislərin tədris prosesinə cəlbi, eləcə də müasir tədris texnologiyalarının tətbiqi, ingilis dilli ixtisasların sayının artırılması, tələbə-müəllim mobilliyi və beynəlxalq təcrübə proqramları ixtisaslı mütəxəssislərin hazırlanmasına hesablanıb. Qlobal göstəricilərdə keyfiyyətə nail olmağın universitet qarşısında əsas prioritetlərdən biri olduğunu vurğulayan rektor ali təhsil müəssisəsi və ixtisas seçiminin önəmindən bəhs edib.

Diqqətə çatdırılıb ki, 2023-2024-cü tədris ilində universitet tərəfindən xüsusi təqaüd proqramı tətbiq edilərək 600-649 arası bal toplayanlara 1 il ərzində 200 manat, 650-dən yüksək bal toplayan tələbələrə isə 1 il ərzində 250 manat təqaüd verilməsi nəzərdə tutulub. Tələbələrin elmi və sosial bacarıqlarının inkişafının vacibliyini vurğulayan E.İsayev bu sahədə ali təhsil ocağında tələbə təşkilatlarının rolunu xüsusi qeyd edib. Rektor abituriyentləri təbrik edib və onlara təhsil həyatında uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov universitetlər arasında rəqabət mühitinin formalaşmasında abituriyentlərin rolundan bəhs edib. Diqqətə çatdırılıb ki, ötən illər ərzində Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi qəbul imtahanlarındakı göstəricilərə görə muxtar respublika məktəbləri ölkə üzrə 2-ci yerdə qərarlaşıb. İxtisas seçimində diqqət olunmalı məqamalardan danışan təhsil naziri tələbəlik dövründə də elmi yolda əzmlə çalışmağın önəmini qeyd edib və abituriyentlərə müvəffəqiyyətlər arzulayıb.

Sonra yüksək bal toplayan abituriyentlərə hədiyyələr təqdim edilib.

Sonda abituriyentlər universitetdəki maddi-texniki baza ilə yaxından tanış olub, fakültələrlərdəki auditoriya, kabinə və laboratoriyalara əyani baxış keçiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
66
2
azertag.az

3Источники