RU

“Qriqorçuk özünə düşmən kəsilmayib, onun “Neftçi”yə transferinə razılıq veribsə...” - VİDEO

«Ramil Şeydayev ən azından yerli futbolçu kimi «Neftçi»yə xeyir verə bilər».

Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Ramil Şeydayevin «Neftçi»yə transferini dəyərləndirib.

Tanınmış televiziya adamı bildirib ki, «Kocaelispor»dan ayrılaraq Azərbaycana dönən hücumçudan yeni klubunda gözləntilər çoxdur.

Abbasov «ağ-qaralar»la 3 illik müqavilə imzalayan millinin hücumçusunun Roman Qriqorçuk tərəfindən çox bəyənildiyini xatırladıb.

Vurğulayıb ki, yeni baş məşqçi öz-özünün düşməni deyil və Şeydayevin keçidini istəməklə nə iş gördüyünü bilir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Избранный
53
49
sportinfo.az

10Источники