RU

MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkiləri iləəlaqədar seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə,formasına, sayına, hazırlanmasına aid tələbləri təsdiqləyəcək.

Trend xəbər verir ki, Seçki Məcəlləsinin 99.1–99.4, 166-cımaddələrinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı35 gün qalanadək seçki bülletenlərinin hazırlanması qaydasına,mətninə, formasına, sayına, hazırlanmasına aid tələbləritəsdiqləməlidir.

Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənarseçkilərlə əlaqədar bu müddət 2024-cü il iyulun 28-dək olan dövrüəhatə edir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırışMilli Məclisin buraxılması və Milli Məclisə növbədənkənarseçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamlaaltıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nənövbədənkənar seçkilər təyin edilib.

Избранный
10
16
az.trend.az

10Источники