RU

Heroin satan şəxs saxlanıldı - FOTO

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışını təşkil edən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Məmməd Qasımov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Gundem.az-a verilən məlumata görə, onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 1 kiloqrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Araşdırmalar zamanı M.Qasımovun narkotik vasitəni satış məqsədilə iranlı narkotacirdən aldığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Избранный
48
12
gundem.az

10Источники